Nazirin qohumunu balkondan atan direktorla bağlı İDDİA – “Azad Rəhimov onu ömürlük həbs etdirəcək”

Samir Şərifovun Zərdabdakı kadrına ittiham: “müəmmalı diplom, dövlətə fırıldaq...”

Baxış sayı:
7657

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 10-16 dekabr 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov olmuşdur. Onun barəsində dərc olunan “Ərinin balkondan atdığı qadın Azad Rəhimovun qohumudur”, “Azad Rəhimov "Buta Palace"-ın art direktorunu ömürlük həbsə yollatdıra bilər” başlıqlı 2 məqalə ümumilikdə 24 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov “Bizi üçüncü devalvasiya gözləyir? - nazir, deputat və ekspertlərin bahalaşma şərhi…”, “Üçüncü devalvasiya təşvişi: Sabiq maliyyə naziri təhlükə görürmü? - Müsahibə”, “Samir Şərifovun ikibaşlı manat açıqlaması - Bizi nə gözləyir?”, “Samir Şərifovun Zərdabdakı kadrına ittiham-müəmmalı diplom, dövlətə fırıldaq...”, “Samir Şərifovun işçisi haqda ittihamlar... - Onun “krışası” Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovdur”, “Beyləqanda Samir Şərifovun kadrının "köhnə " iş üslubuni işə salıb - İTTİHAM”, “Bəs maliyyə nazirliyini kim yoxlayacaq? - NARAZILIQ VAR”, “Deputatdan nazirin devalvasiya ilə bağlı çıxışına münasibət: Mənim kimi rusdillidir” başlıqlı 8 məqalənin 12 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Sahil Babayev tabeliyində çalışanların hüquqlarını pozur”, “Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır - İDDİA”, “Nazirlə dostunun gizlinləri üzə çıxır” başlıqlı 3 məqalənin 9 elektron KİV-də yayılması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tutur.
 


Muxalifet.az