Nazirin işdən çıxardığı rəis generalın bacısı oğlu imiş

Baxış sayı:
5583

İşdən çıxarılan polis rəisi sabiq nazir müavinin yaxın qohumudur. Muxalifet.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunaraq, sərəncama götürülən Samux rayon Polis Şöbəsinin keçmiş rəisi, polkovnik Akif Nəbiyev Daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Əsgər Ələkbərovun bacısı oğludur. Qeyd edək ki, Daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Əsgər Ələkbərov 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təqaüdə göndərilib.