​Nazirdən yeni baş həkim – TƏYİNATI

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib.
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Rəhbər Əziz oğlu Əzizov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. 
Qeyd edək ki, R.Əzizov bundan əvvəl Ağcabədi RMX-nin Poliklinika şöbəsinin baş həkimi işləyib.
Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Azad Hüseynov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.