Nazirdən tapşırıq: Ümumqoşun Orduda, hərbi hissədə... - Foto

Baxış sayı:
21670

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iməcilik zamanı hərbi şəhərciklərdə, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, eləcə də yaşıllıq zolaqları salınıb.