Nazirdən sensasiyalı açıqlama: "7 dəfəyə qədər fərq yaranıb"

Baxış sayı:
14854

"Biz 2018-ci ildə kölgə iqtisadiyyatına qarşı mübarizəyə başladıqdan sonra Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq yaranıb". 
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu da kölgə iqtisadiyyatının həcminin göstəricisidir.
Daha sonra Vergilər naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, kölgə iqtisadiyyatı dövlətin maliyyə strukturunun zəifləməsinə birbaşa təhdidlər yaradır:
"Kölgə iqtisadiyyatı özünü ikili mühasibatlığın aparılmasında  göstərir. Gəlirləri tam şəkildə bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur gələ bilər, lakin bu illeqal haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici investorlar üçün vacib amildir. Kölgə iqtisadiyyatı qeyri-neft sektorunda özünü daha böyük formada göstərir. Əmək müqavilələrinin bağlanması sahəsində şəffaflıq artan templə davam edir".