Nazir yeni komandir təyin etdi
25-10-2017 21:24
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.
Muxalifet.az əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.
A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqim edilib.