Nazir soğanın bahalaşmasından danışdı

Baxış sayı:
9763

Ölkədə pərakəndə bazarlar daim nəzarətdədir və monitorinqlər aparılır. Gündəlik tələbata daxil olan məhsullara daha çox ciddi nəzarət olunur.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Son 1 aya yaxındır ki, soğan, kartof və kələmin qiymətində bahalaşma müşahidə olunur. İqtisadiyyat Nazirliyi qiymətlərin artmasının səbəblərini araşdırır. Deyə bilərəm ki, qiymət artımı süni şəkildə baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir. Hökumət tərəfindən bununla bağlı müvafiq tədbirlər görüləcək. Bu məhsullara ixrac rüsumu tətbiq etmək niyyətindəyik. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Soğanın bir kilosu 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Bu xüsusi rüsumun 2 ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. İnanırıq ki, görülən tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək”, - deyə Ş.Mustafayev əlavə edib.