​Nazir rəsmi səfərdən sonra ÖLKƏSİNƏ QAYITMADI

Düşənbədə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) təşkil etdiyi konfransda iştirak edən Pakistanın Maliyyə naziri vətəninə qayıtmayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı "Azadlıq” radiosunun Tacikistan bölməsi yayıb. Məlumata görə, pakistanlı nazir oktyabrın 30-da keçmiş baş nazir Nəvaz Şərif və onun həmkarlarına qarşı aparılan korrupsiya iddiasının baxıldığı məhkəmədə iştirak etməli idi.
"Pakistan Tudey" bu gün keçiriləcək məhkəmədə nazirin yerinə onun vəkili Havaca Harisin iştirak edəcəyini açıqlayıb. Haris Darın ölkəyə özünü pis hiss etdiyinə görə qayıtmadığını deyib. Belə ki, nazir iclas bitən kimi Səudiyyə Ərəbistanın qərbində yerləşən Ciddə şəhərinə yollanıb. Orada özünü pis hiss etdiyinə görə müalicə üçün Londona uçmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, bir müddət öncə Pakistan Baş naziri Nəvaz Şərif korrupsiyada ittiham edilərək, hakimiyyətdən uzaqlaşdırılıb və Pakistan Ali Məhkəməsi Şərifə qarşı açdığı cinayət işinə Darın da adını daxil edib./axar.az/