NAZİR POSTUNDAN İSTEFA VERDİ: Bələdiyyə sədri olmaq istəyirəm

Baxış sayı:
4768

Fransada son 40 gündə üçüncü nazir istefası baş tutub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, daxili işlər naziri Jerar Kollomb istefa verərək Lion şəhərinə qayıdacağını və orada bələdiyyə seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.
Fransa prezidenti Emmanuel Makron Kollombun istefasını qəbul etməsə də, o, qərarında qəti olduğunu bildirib:
“Həyatım boyunca söylədiyim hər şeyi etdim. İndi əsas məqsədim Liona xidmət etməkdir. Yerimə keçəcək şəxs məlum olarsa, vəzifəni sabah erkən saatlarda təhvil verəcəyəm”.
Qeyd edək ki, J.Kollomb nazir təyin edilməmişdən öncə 2001-2017-ci illər aralığında Lionda bələdiyyə sədri olub.
Xatırladaq ki, avqustun sonunda və sentyabrın əvvəllərində ekologiya naziri Nikolya Yulo və idman naziri Laura Flessel də istefa vermişdi.