Nazir müavininin istefasının şok səbəbi - HİCABA KEÇİB, NAMAZ QILDIĞI DEYİLİR, AMMA... / YENİLƏNİB

Baxış sayı:
2530

Xəbər verdiyimiz kimi, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Bununla bağlı rəsmi açıqlamada onun səhhətindəki problemlərə görə öz ərizəsi ilə postundan kənarlaşdığı deyilsə də, əsl həqiqət başqadır.

Məlumata görə, Vəliyevanın nazir müavini vəzifəsindən getməsinə səbəb onun dinə bağlanması olub. Belə ki, hicab bağlayaraq, namaza keçən Məhəbbət Vəliyeva vəzifədə çalışmağı haram hesab edib.

O, islam dininin sünni məzhəbinə itaət etdiyindən istefa ərizəsi yazıb.

Xatırladaq ki, uzun illər Bakı Baş Təhsil İdarəsinin rəisi vəzifəsini tutan Məhəbbət Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub./Gununsesi.info

Qeyd edək ki, təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edildiyi bildirilir. Muxalifet.az-ın əldə etdiyi məlumata görə, onun vəzifədən azad olunmasına səbəb Prezidentin sabiq köməkçisi Əli Həsənovla qohumluğu, yəni onun baldızı olmasıdır. Bu haqda daha ətraflı məlumat verəcəyik.