Nazir müavininin avtomobili QARƏT OLUNDU

Ermənistanda naməlum şəxslər diaspor nazirinin müavininin avtomobilini qarət ediblər.
“Shamshyan.com” verdiyi məlumata görə, soyğunçular İrəvanda oktyabrın 17-dən 18-ə keçən gecə nazir müavininin yaşadığı evin həyətində saxladığı avtomobilinin şüşəsini sındırıb, avtomobildə olan 220 min dram (təxminən 500 dollar) pulu oğurlayıblar.
Araşdırma aparılır.