Nazir müavini əsəbləşdi: Bu, sizə heç yaraşmadı...

Türkiyə Baş nazirinin müavini Fikri İşıq Gebze bölgəsində yol qovşağı inşasında yaşanan gecikmə səbəbindən tikinti şirkətinin səlahiyyətli nümayəndəsinə sərt etirazını bildirib.
 
Muxalifet.az xəbər verir ki, nazir şirkət nümayəndəsinə bu gecikmənin nəzərə alınacağını deyib.
“Sizə heç yaraşmadı. Sizin kimi şirkət 6 aya bu işi həyata keçirə bilmədi. Sizi bir yerə qeyd etdik. Mənə izah etməyin. Şirkət istəsəydi, 6 aya bu işi bitirərdi. Burada 24 saat işlənilməli idi. Sizə heç yaraşmadı. Rəhbərə söyləyin”, - deyə İşıq sərt xəbərdarlıq edib.
Qeyd edək ki, sözügedən yol qovşağını tikintisi 1 ildir ki, davam edir.