​Nazir müavini: Azərbaycan “Putin İttifaqı”na qoşula bilər

Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq imkanını istisna etmir.
“RİA-novosti” bildirir ki, bunu Azərbaycan iqtisadiyyat və sənayə nazirinin müavini Sevinc Həsənova bəyan edib.
“Biz Azərbaycana fayda gətirəcək ittifaqlarda iştirak edə bilərik. Bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır”, - deyə, nazir müavini jurnalistlərə açıqlamasında vurğulayıb.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı Beynəlxalq Gömrük İttifaqı və Vahid iqtisadi məkan bazasında yaradılan və cari ilin yanvar ayının 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir.
Hazırda Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır(virtualaz.org).