​Nazir məktəblərdəki sıxlığın SƏBƏBİNİ AÇIQLADI

Baxış sayı:
8026

“Bakı məktəblərində 10 faiz sıxlıq var”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, buna səbəb həmin məktəblər üzrə müraciət edənlərin sayının çox olmasıdır: “Ona görə də təklif etdik ki, ilk növbədə müvafiq məktəbin əhatə etdiyi ərazidə yaşayanlar həmin məktəbə qəbul edilsin. Bundan sonra boş yer qaldıqda digər müraciət edənlər qəbul ediləcək”. (apa)