​Nazir: Milanda Bakı ilə Yerevan arasında qarşılıqlı anlaşma əldə olundu

Baxış sayı:
5680

Hesab edirəm ki, Milanda keçirilən son görüşdə ermənistanlı həmkarımla uzun müddətdən bəri ilk dəfə qarşılıqlı anlaşma əldə etdik.
Muxalifet.az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu diplomatik korpus rəhbərləri üçün 2018-ci ilin yekunlarına həsr olunmuş qəbulda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
Nazir qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarılması 2019-cu ildə Azərbaycanın əsas vəzifəsi olacaq.
“Vaxtın əksər hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına sərf etmişəm. Bu, gələn ildə də başlıca vəzifə olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrin əldə edilməsidir”, - deyə o vurğulayıb.
Məmmədyarov bildirib ki, 2019-cu ilin yanvar ayında Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşdə də münaqişənin sülh nizamlanmasının yolları müzakirə olunacaq:
“Münaqişənin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.