Nazir kök olduğu üçün sərəncama götürdüyü rəisə YENİ VƏZİFƏ VERDİ

Baxış sayı:
8065

Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.
General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Minval.az-ın məlumatında bildirilir ki, bir neçə gün öncə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov kök olduqları üçün normativləri yerinə yetirə bilmədiklərinə görə vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülmüşdü./Unikal.org