​Nazir Kaspşiklə cəbhədəki vəziyyəti müzakirə etdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
MN-dən Muxalifet.az-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.