​Nazir istefa verdi - RƏSMİ

Baxış sayı:
1624

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib.
Muxalifet.az xəbər verir ki, güclü leysanların yağması və drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb.
Nazir “güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıdığını” deyib. O, nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib.
Ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir. (Trend)