​Nazir: İŞİD Moskva metrosunu “KamAz”la...

Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli terror aktının qarşısı alınıb.
Muxalifət.az bu barədə Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev məlumat verib.
Nazirin sözlərinə görə, bu ilin yazında Moskva ərazisində İŞİD təbliğatı aparan və metro stansiyalarından birində terror aktı törətmək niyyətində olan qırğızıstanlı şəxs yaxalanıb. Terrorçu metroya hücum zamanı “KamAz” markalı yük avtomobilindən istifadə etmək niyyətində olub. Hazırda həbsdə olan terrorçunun istintaqı davam etdirilir.
Daxili İşlər naziri həmçinin yaxın zamanlarda ictimai yerlərdə partladıcı yerləşdirilməsi ilə bağlı daxil olan kütləvi anonim zənglərin sifarişçilərini açıqlayacağını da bildirib.