​Nazir: ABŞ silahları Türkiyəyə qarşı yönələcək

Baxış sayı: 55

Türkiyənin müttəfiqi hazırda İŞİD-lə mübarizədə YPG terrorçuları ilə əməkdaşlıq edir.
Bunu Türkiyə Müdafiə naziri Nurəddin Canikli söyləyib.
“Ankaranın hesablamalarına görə, İŞİD-lə mübarizədə 40-50 minlik ordu üçün nəzərdə tutulmuş ABŞ silah və döyüş sursatı YPG terror təşkilatına verilib. ABŞ İŞİD ilə mübarizə aparır və Ankara bunu bilir. Bununla yanaşı, biz YPG üçün son hədəfin Türkiyə olduğunu da bilirik. İŞİD üzərində qələbə qazandıqdan sonra bütün o silahlar Türkiyəyə qarşı yönəldiləcək", - deyə o bildirib.