Nazimhikmət oğlu Bakıda saxlanıldı

Baxış sayı:
6820

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu qurumun və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxananın qarşısında saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd bıçaq aşkarlanıb.
E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.