NAZİM İBRAHİMOVUN HƏBS TƏHLÜKƏSİ – PA rəhbərindən açıqlama gündəm yaratdı!

Oqtay Şirəliyevlə Əli Həsənov da medianın maraq dairəsindədir...

Baxış sayı:
10957

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Ötən həftə - 23-30 aprel 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs sabiq Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov olmuşdur. “Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib” - Ramiz Mehdiyev, “Nazim İbrahimov Ramiz Mehdiyevin sərt tənqidlərinə CAVAB VERDİ: Birmənalı olaraq...'', “Nazim İbrahimovun qızının toyu təxirə salınıb? – Açıqlama”, “Mehdiyevdən sərt xəbərdarlıq: Onlar həbs olunacaq – Video”, “Nazim İbrahimovu “taxtdan salan” SƏBƏBLƏR” başlıqlı 5 yazı ümumilikdə 19 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri isə Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev “Oqtay Şirəliyev 5 minlik rüşvət qalmaqalına da göz yumur – Müdhiş təfərrüat”, “Səhiyyə sistemində rüşvət olmadığını deyən OQTAY ŞİRƏLİYEVİN MENYÜSÜNƏ” başlıqlı 2 məqalənin 8 elektron KİV-də və “Komitə sədri Əli Həsənovun qohumunu işdən çıxartdı”, “ƏLİ HƏSƏNOVUN QOHUMLARI KOMİTƏDƏN TƏMİZLƏNİR –Rövşən Rzayev sələfinin baldızı oğlunu da "vurdu" və “Əli Həsənovun müavin qohumuna təhlükə yaranıb” başlıqlı 3 yazının da eyni sayda elektron KİV-də yayılması ilə Azərbaycan Respublikası Baş nazirin müavini Əli Həsənov bölüşür. KEÇMİŞİNİ SİLƏN DEPUTAT... Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci və yeganə yeri “Hacı Salayev keçmişini “silir”” başlıqlı məqalənin 4 saytda yayılması ilə deputat Hacı Salayev tutur. Muxalifet.az