​Nazim İbrahimov qızının toyunu təxirə saldı – ŞOK SƏBƏB

Baxış sayı:
4396

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.
Kult.az xəbər verir ki, Bakupost ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyunun aprelin 14-də baş tutmalı olduğu haqda məlumat yayıb. İddia edilir ki, hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Toy "Alov qüllələri”ndəki "Fairmont” oteldə keçiriləcəkmiş. Lakin prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.
Mənbənin verdiyi məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N.İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər alması olub.
Toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənildiyi də bildirilir.
K.İbrahimova "DeCamie” moda evinin sahibidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə N.İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.