Nazarovdan möhtəşəm qol - Video

Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.
 
Millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Ayntraxt Braunşveyq”lə qarşılaşıb.
Nazarov 24-cü dəqiqədə Tiffertin künc zərbəsindən ötürdüyü topu mükəmməl zərbə ilə qapıdan keçirib.
Lakin 2 dəqiqə sonra Xelifi hesabı bərabərləşdirib. Matçda başqa qol olmayıb və görüş 1:1 başa çatıb.
Qeyd edək ki, “Aue” 3 oyunda ilk xalını qazanıb.