​Nazarbayevin qızı prezident seçkilərində iştirak etməyəcək

Baxış sayı:
13489

Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayeva prezident seçkilərində iştirak etməyəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Senat dəftərxanasının rəisi Saul Mustafayev açıqlama verib.
Beləliklə, ölkə Senatının keçmiş sədri Kasım-Jomart Tokayevin prezident seçilmə şansları xeyli artıb.
Xatırladaq ki, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva martın 20-də Senat sədri seçilib.
Onu da qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.