Nazarbayevin nəvəsi prezident oldu

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük nəvəsi Nurəli Əliyevə yüksək vəzifə verilib.
 
O, Respublika Alpinizm və Qayayadırmanma Federasiyasının prezidenti seçilib.
Nurəli Əliyev Dariqa Narazabeyva ilə keçmiş əri Rahat Əliyevin oğludur. O, Qazaxıstanın 50 ən varlı adamı siyahısına daxildir.
Forbes.kz portalının verdiyi məlumata görə, prezidentin biznesmen nəvəsinin sərvətinin ümumi həcmi 200 milyon dolları aşır.