​Nazarbayev yeni qazax əlifbasını necə öyrəndiyini açıqladı

Baxış sayı:
2797

Nursultan Nazarbayev Qazaxıstanın yeni əlifbasını necə öyrəndiyini açıqlayıb.
Kult.az xəbər verir ki, Nazarbayev bu etirafını “Yeni humanitar elmlər” layihəsi çərçivəsində hazırlanan dərsliklərin təqdimatı zamanı deyib.
 “Biz yeni əlifbaya səssizcə daxil olmalıyıq. Mən hər gün oturub, yeni əlifbada Abay Kunanbayevin sözlərini yazıram. Məncə, yeni əlifbaya çox sürətli keçəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Nazarbayev bütün ölkədə latın qrafikalı əlifbanın tətbiqi haqqında qərar qəbul edib.