Nazarbayev satqın generalın qardaşını da cəzalandırdı

Astananın Yesilski rayon məhkəməsi Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin qardaşı Rüstəmbek Dutbayevi həbs edib. 
Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik Dutbayev haqqında 2 aylıq həbs qərarı verildiyini bildirib. Rüstəmbekin nədə ittiham olunduğu hələ də bilinmir. 
Qeyd edək ki, Qazaxıstan MTK-nın keçmiş rəhbəri Nartay Dutbayev sentyabrda həbs olunmuşdu. O, dövlət sirrini yaymaqda ittiham edilərək 7,6 il azadlıqdan məhrum edilmişdi. Onun həmçinin general-leytenant rütbəsi də əlindən alınmışdı.