​Nazarbayev qızını Senata üzv təyin etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Dariqa Nazarbayeva ölkə Senatının (Yuxarı Palata) deputatı təyin edilib.
Sputnik.kg agentliyi xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan prezidentinin baş nazirin müavini postunu tutan qızı Dariqa Nazarbayeva yeni hökumətin tərkibinə daxil edilməyib.
Virtualaz.org-un qazeta.ru-ya istinadən məlumatına görə, bu barədə Qazaxıstan lideri Nursultan Nazarbayevin prezident saytında yerləşdirilən fərmanlarından bəlli olur.
Baxmayaraq ki, baş nazir dəyişdikdən sonra hökumətin əksər üzvləri öz postlarını qoruyub saxlayıb.
Yeri gəlmişkən, Qazaxıstan ordusunun Baş Qərargah rəisi Saken Jasuzakov ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.
“Jasuzakov Saken Adilxanoviç Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsinə təyin edilsin” - prezident Nursultan Nazarbayevin fərmanında belə deyilir.