​Nazarbayev prezidentliyə Tokayevin namizədliyini irəli sürüb

Baxış sayı:
10834

Qazaxıstanın ilk Prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev iyunun 9-da ölkədə keçiriləcək prezident seçkilərində iqtidar partiyasından Kasım-Jomart Tokayevin namizədliyinin irəli sürülməsini təklif edib. Bu barədə TASS məlumat verib.
"Kasım-Jomart Tokayevin Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsini qurultayın müzakirəsinə çıxarıram", - N.Nazarbayev "Nur Otan" Partiyasının 19-cu növbədənkənar qurultayında bildirib.
O, uzun illər birgə işlədiyi Tokayevi yaxşı tanıdığını, onu bugünkü gündə ən layiqli namizəd hesab etdiyini vurğulayıb.
Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.