​Nazarbayev prezidentlikdən nəyə görə getdiyini açıqladı

Baxış sayı:
9607

"İnanıram ki, Qazaxıstanın yeni rəhbəri Qasım Jomart Tokayev mənim gözləntilərimi doğruldacaq."
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev bunu Alma-Ata viləyətindəki doğma Şamalqan kəndində sakinlərlə görüşdə deyib.
“Bilirsiniz ki, bir müddət əvvəl mən digər işə keçmək və prezidentliyi təhvil vermək qərarı qəbul etdim. Ona görə ki, hər nəslin öz dövrü, özünün görməli olduğu iş var. Mən ölkə rəhbərliyində ən yüksək vəzifəyə gəldim, nələrin olduğunu gördüm və qərara gəldim ki, strateji problemlərə diqqət ayırım. İnanıram ki, mənim yerimə prezident olan cənab Tokayev gözləntilərimi doğruldacaq”, – deyə o bildirib.
Xatırladaq ki, N.Nazarbayev martın 20-də Qazaxıstan prezidenti səlahiyyətlərini təhvil verib. Dövlət başçısı postuna isə o vaxta qədər ölkə parlamenti Senatının (yuxarı palata) sədri vəzifəsində çalışan Kasım-Jomart Tokayev gətirilib.