Nazarbayev Köçəryana məkjtub göndərdi... - Qazaxıstanda baş verənlərlə bağlı...

Baxış sayı:
13312

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Ermənistanın eks-prezidenti Robert Körçəryana məktub göndərib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan “2rd.am” saytı yayıb.

Məlumata görə, Nazarbayev məktubunda Köçəryanı Qazaxıstanda baş verən daxili dəyişikliklərlə bağlı şəxsən məlumatlandırıb. Nazarbayev Köçəryanla birgə fəaliyyət illərini çox yaxşı xatırladığını qeyd edib. O bundan sonra da Köçəryanla şəxsi əlaqələrinin davamlı olacağını bildirib.

Qeyd edək ki, bu, hazırda həbsdə olan Köçəryana göndərilən ilk belə məktub deyil. Bundan öncə Rusiya Prezidenti Vladimir Putin də Köçəryana məktub göndərərək, onun doğum gününü təbrik etmişdi.