Nazarbayev bu fərmanla Rusiyanı ŞOK-a SALDI

Baxış sayı:
6160

Qazaxıstan öz milli valyutasının üzərində rus dilində olan yazıları götürəcək.
Muxalifet.az xəbər verir ki, “Azadlıq” radiosunun yazdığına görə, bu haqda ölkənin prezidenti Nursultan Nazarbayev fərman imzalayıb.
Fərmana əsasən, dəmir sikkələr və təngə banknotlarında yazılar yalnız ölkənin dövlət dilində olmalıdır. İndiyə kimi, milli valyutada rus və qazax dillərindən istifadə olunurdu.
Xarici dillərdən istifadə yalnız kolleksiya və investisiya sikkələrinin rəsmiləşdirilməsi üçün buraxılacaq.
Qazaxıstanın Konstitusiyasına əsasən, dövlət dili statusu yalnız qazax dilinə aiddir. Bununa belə, rus dilindən qazax dilə ilə bərabər səviyyədə dövlət təşkilatlarında və yerli hakimiyyət orqanlarında istifadə edilməlidir.