Naz Mila ilə evlənmək istəyən bəy niyə intihar edib? - AÇIQLANDI

Baxış sayı:
17253

Xəbər verdiyimiz kimi, Zuhal Topalın təqdimatında yayımlanan izdivac proqramında məşhurlaşan bəy namizəd Uğur Doğan intihar edib.

O sosial şəbəkədə video paylaşaraq izləyiciləri ilə sağollaşdıqdan sonra zəhər içərək özünü öldürüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı açıqlama verib. Uğur Doğan nə olduğu bilinməyən maddə içdiyinə görə təcili yardımla xəstəxanaya gətirilib və 1 saat sonra çıxarılıb. Morgda ölü müayinəsi olunub, şəxsin ailəsi ilə birlikdə yaşadığı evində aparılan araşdırmada sağlamlığa mənfi təsir edə biləcək kimyəvi maddə aşkarlanmayıb.