​Naxçıvanı “Böyük Kürdüstan” ərazisi kimi təqdim edən kanal cəzalandırıldı - VIDEO

Türkiyə Radio və Televiziya Ali Şurası Şimali İraq kürd muxtariyyətə yaxın olan “Rudaw” telekanalının yayımını “Türksat”dan çıxarıb.
Türkiyə KİV-ləri xəbər verir ki, bu haqda qurumun fövqəladə toplantısında qərar verilib.
Qeyd edək ki, kanal hava haqqında xəbər verərkən dəfələrlə “Böyük Kürdüstan”ın xəritəsini təqdim edib. Xəritəyə Türkiyə, İraq və İraq torpaqları ilə yanaşı, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinin bir hissəsi də daxil edilib.