Naxçıvanda yer yerindən oynadı, DÜŞMƏNİN BAŞINA OD ƏLƏNDİ - VİDEO

Baxış sayı:
8500

Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.
Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər.
Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.

Ermənistan hərbi-siyasi dairələri bu təlimlərlə bağlı təşviş keçirərkən tamamilə haqlı idilər.