Naxçıvanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

Baxış sayı:
8707

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub. Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdirilib. V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır. Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.