​Naxçıvanda da əfv sərəncamı verildi - FOTO

Baxış sayı:
1618

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı əsasında 5 məhkum həbsdən azad olunub.
Bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə müraciətlərinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.
Humanist addıma görə məhkum və onların ailə üzvləri Ali Məclisin sədrinə minnətdarlıqlarını bildiriblər./teleqraf/