Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq

Baxış sayı:
997

“Sovet ittifaqı dövründən qalan Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana dəhliz yolu var. Ancaq həmin yolun Ermənistan ərazisindən keçdiyinə görə sıradan çıxarılması ehtimalı var”.

Bunu TRT-nin Naxçıvan Muxtar Respublikasına ezam olunmuş müxbiri Ceyda Muslu söyləyib.

“Yolun bərpası ilə bağlı təmir işlərinin dekabrın 1-dən sonra başlayacağı gözlənilir”, - jurnalist qeyd edib.