​Naxçıvan toylarında yeməyə qadağa qoyulmayıb – Ali Məclisin deputatlarından AÇIQLAMA

Baxış sayı:
1216

Xəbər verdiyimiz kimi, dünəndən  sosial şəbəkə istifadəçiləri “bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb” kimi məlumatlar yer almaqdadır.
məlumat yayıb.
Məlumata görə, toylarda yemək verilməsinə sentyabrın 1-dən qadağa qoyulacaq. Çay və şirniyyat veriləcəyi bildirilir.
Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq naxçıvanlı deputatlarla əlaqə saxlayıb.
Naxçıvan Ali Məclisinin deputatı Tariyel Talıbov saytımıza  açıqlamasında deyib ki, xəbər yalandır.
“Bu qeyri-dəqiq məlumatı kim yayıb? Belə bir məlumat yoxdur. Çağırılan toylara biz də gedirik. Hər şey qaydasındadır. Toy mərasimlərində yemək verilməməsi məsələsi ilə bağlı xüsusi sərəncam yoxdur”.
Naxçıvan parlamentinin xanım deputatı Turan Məmmədli də xəbərin doğru olmadığını bildirib.
“Yayılan xəbərlər yanlışdır. Hazırda Naxçıvanda toyların sezonudur. Toylarda hər cür təamlar verilir. Naxçıvanın gözəlliyindən, zənginliyindən,  insanlarının rifah halından danışsınlar. Danışmasınlar ki, yemək verilməyəcək. Toy mərasimlərimiz öz qaydasında davam edir”.