Naxçıvan polisinə yeni nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə yeni təyinat olub.
 
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general-mayor Rafiq Abbasov nazir təyin olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov vəzifəsindən azad olunub.