Naxçıvan əhalisinin sayı ARTIB

Bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub
 
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 450 min nəfəri ötüb.
Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub.
Məlumata görə, son illər əhali artımında miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynayıb. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4 min 200 nəfər artaraq 1 iyun tarixə 450 min 400 nəfəri ötüb.