Navalnıya türmədə “Quran” verildi

Baxış sayı:
892

Rusiyalı müxalif Aleksey Navalnı iki iddia ərizəsini geri götürüb. “Dojd” xəbər verir ki, bunlar siyasətçiyə verilən qəzet məqalələrinin kəsilməsi və kitab verilməməsi ilə bağlı olub.

“Biri qəzetlərdən məqalələri kəsmişdi. Biz elə bildik bu idarədəndir, onlar deyirlər ki, kəsməmişik. İddianı geri götürmək istərdim, çünki indi senzuranın olmadığını qanuni olaraq müəyyənləşdirdiyimiz nöqtədəyik. Əslində hər şeyə nail olmuşuq, iddiadan imtina edirəm”, - Navalnı bildirib.

O qeyd edib ki, kitabları verirlər: “Kitabların alınması məsələsi vacibdir, o, bir neçə ay çəkdi. Ancaq indi “Quran” kitabım, Vladimir Sorokinin son kitabı, hətta “İncil” kitabım var və sistem düzəldilib”.

Navalnının iddialarına baxan Vladimir vilayətinin Petuşinski Rayon Məhkəməsi hər iki iddia üzrə icraata xitam verilməsinə razı olub.