Navalnının Nemtsovun dəfnində iştirakına icazə verilməyib

Moskva məhkəməsi Kremlin əsas tənqidçilərindən biri Aleksey Navalnının qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun dəfnində iştirak etməsi ilə bağlı müraciətini rədd edib.

Navalnı hazırda kütləvi tədbirlər zamanı qayda-qanunu pozma ittihamı ilə administrativ cəza çəkir.

O, martın 3-də dəfn mərasimində iştirak etmək üçün 24 saatlıq azadlığa braxılmasını xahiş etmişdi.

Amma məhkəmə bildirib ki, Navalnı möhkəm xəstələnəcəyi və yaxın qohumunun öləcəyi halda müvəqqətiazad oluna bilər.

Navalnı fevralın 19-da martın 1-nə planlaşdırılan etiraz mitinqi ilə bağlı vərəqələr yaydığına görə, 15 günlük həbs cəzasına məhkum edilib.

Həmin mitinq isə fevralın 27-də Moskvada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirə mitinqinə çevrlidi.