Navalnı azadlığa buraxıldı

Rusiyalı siyasətçi, hazırda Putin rejiminin ən sərt və populyar müxalifətçisi hesab olunan Aleksey Navalnı 25 sutkalıq həbsdən sonra azadlığa buraxılıb.
 
Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış rəsmi Tvitter hesabında paylaşım edib:
“Bu gün saat 9-da Aleksey Navalnı həbsdən çıxarılaraq polis bölməsinə gətirilib və oradan sərbəst buraxılıb. Onu artıq Simferepol ətrafında gözləmək lazım deyil”.
Xatırladaq ki, korrupsiyaya qarşı mübarizə mitinqinin əsas təşkilatçısı olan Aleksey Navalnı iyunun 12-də öz evinin qarşısında həbs edilmişdi.