Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edildi

Baxış sayı:
2244

Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.

Məlumata görə, Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilibvə o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Navalnı qardaşları “2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə “İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də “Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət ediblər./report