​“NATO və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşməsi...” - Xələf Xələfov

Baxış sayı:
3787

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında Bakıda baş tutacaq görüşə münasibət bildirib.
X.Xələfov jurnalistlərə açıqlamasında deyib ki, görüşün Bakıda təşkil olunması Azərbaycana olan etimadın göstəricisidir: "Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma kimi seçilib".
O əlavə edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin keçirildiyi mərkəzə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb". (Report)