NATO Türkiyəni TƏHDİD ETDİ

NATO Hərbi Komitəsinin sədri Petr Pavel Türkiyənin Rusiyadan S-400 alma qərarı haqqında "qərarda müstəqildirlər, amma nəticələrinə də qatlanacaqlar" deyib.
 
NATO Hərbi Komitəsinin sədri Petr Pavel Vaşinqtonda jurnalistlərə açıqlama verərkən Türkiyənin Rusiyadan almağı planladığı S-400 müdafiə sistemiylə əlaqədar da fikrini bildirib.
NATO Hərbi Komitəsinin sədri Pavel, Türkiyənin NATO müdafiə sisteminə inteqrasiya edilməyən sistemin alışının bəzi 'nəticələri'nin olacağını söyləyib.
Çex General sonra mövzuyla əlaqədar bunları deyib: "Suverenlik prinsipləri əlbəttə müdafiə avadanlığının alışında keçərlidir. Amma ölkələr hər nə qədər qərar verməkdə müstəqil olsalar da, aldıqları qərarın nəticələrinə qatlanmaqda da müstəqil olmalıdırlar “.
Müxalifət.az