NATO toplantısında böyük böhran! Türkiyə etiraz etdi

Baxış sayı:
5959

 NATO-nun Avropa qərargahına Cənubi Kiprin (GKRY) dəvət edilməsindən sonra Türk heyəti təhvil-təslim mərasiminə qatılmayıb. Türkiyə XİN bu vəziyyətə sərt təpki göstərib.
 
Təhvil-təslim mərasimində Amerikalı general Wolters Avropa Müttəfiq Qüvvələri Ali Komandanlığını Scaparrotti-dən təhvil alıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, mərasimə Türk heyəti qatılmayıb.
Türk mülki və hərbi şəxslər dünən axşam saatlarında mərasimi keçirən “5SHAPE” rəhbərliyinin NATO müttəfiqlərinin, eyni zamanda Avropa İttifaqı (Aİ) üzv ölkələrinin hərbi və diplomatik nümayəndələrini də mərasimə dəvət etdiyini öyrənib.
Bu çərçivədə, sürətli bir şəkildə təşəbbüs göstərən Türk rəsmiləri, NATO ilə hər hansı bir ortaqlığı belə olmayan Cənubi Kipr (GKRY) nümayəndələrinə yönəlik dəvətin geri çəkilmədiyi təqdirdə mərasimə qatılmayacaqlarını bildirib.
NATO baş katibi Jens Stoltenbergin ofisinin də vəziyyətdən Türk rəsmilərinin məlumat verməsi ilə xəbərdar olduğu öyrənilib.
 
TÜRKİYƏ XİN-DƏN SƏRT AÇIQLAMA
 
Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Həmid Aksoy NATO mərasiminə Cənubi Kiprin dəvət edilməsi haqqındakı suala cavab verib:
“Mərasimə anılan qərargah tərəfindən digər Aİ üzvləri ilə yanaşı, NATO yanında hər hansı bir statusu olmayan Cənubi Kiprin də dəvət edilməsi yaxşı niyyətlə izahı mümkün olmayan, böyük bir qəflətdir.
SHAPE qərargahının öz təşəbbüsü ilə etdiyi görünür, bu ağıldan uzaq davranışı pisləyirik. Qərargahın Türkiyə daxil, NATO üzvlərinin siyasi nəzarətində olduğunu və bu anlayışla hərəkət etməklə mükəlləf olduğunu bu münasibətlə xatırladırıq.
Bu gəlişmədən xəbərdar olandan sonra həmin dövr təhvil-təslim mərasimində ölkəmiz iştirak etməyib. SHAPE qərargahının bu bağışlanılmaz səhvi necə işlədiyinin aydınlaşdırılması üçün lazımi cəhdlər edilmişdir.
Bu cür tələsik davranışların NATO ilə AB arasındakı əməkdaşlığa fayda verməyəcəyi açıqdır. NATO orqanlarını bütün İttifaq strukturlarının kollektiv qərarlara və iki təşkilat arasında Razılaşdırılmış Çərçivəyə uyğun şəkildə davranmasını təmin etməyə çağırırıq".
Müxalifət.az