NATO terroru: PKK onlar üçün “BEYNƏLXALQ BATALYON” da QURUB

 Suriyada PKK/ PYD sıralarında hazırda 5 mindən artıq ABŞ və Avropalı terrorçu döyüşür. PKK, NATO üzvü olan ölkələrdən gələn bu terrorçular üçün "Beynəlxalq Batalyonu" da qurub.
 
ABŞ-ın rəhbərlik etdiyi NATO ölkələri, soyuq müharibənin ardından yeni xəritələri işə salmaq üçün Türkiyə və ətrafında terror təşkilatlarını artırmağa başladı. Suriyadakı vətəndaş müharibəsi ilə birlikdə qlobal şəbəkənin təşkilatlara dair iş metodu isə fərqli bir ölçü qazandı.
Yaxın Şərqdə xəritə dəyişikliyinə 1991-ci ildə İraqın işğalı ilə başlayan ABŞ-NATO ittifaqı, başda PKK olmaqla, fərqli terror qruplarını birbaşa və ya dolayı olaraq dəstəkləyib. Suriyada 2011-ci ildə başlayan qiyamdan sonra qlobal şəbəkənin terror mərkəzləri ilə iş metodu fərqli bir ölçü qazanmağa başladı. İŞİD, PKK, DHKP-C başda olmaqla, bir çox terror təşkilatlarına Türkiyənin müttəfiqləri sayılan bu dırnaq arası güclər silah, sursat, lojistik və döyüşçü dəstəyi veriblər. İraq və Suriyada "könüllü” adı altında terror təşkilatında döyüşən Qərbli terrorçuların əhəmiyyətli bir qisminin Əfqanıstan və İraqda NATO missiyası çərçivəsində vuruşmuş şəxslərdən ibarət olması da diqqət çəkir.
 
İŞİD-PKK ƏCNƏBİLƏRİ
 
PKK/PYD sıralarında hazırda 5 mindən artıq ABŞ və Avropalı terrorçu var. PKK, NATO üzvü olan ölkələrdən gələn bu terrorçular üçün "Beynəlxalq Batalyon” da qurub. Qərargahı Ayn əl-Ərəbdə olan legioner PKK batalyonuna qeydiyyatlı terrorçuların çoxu Əfqanıstan, İraq və Liviyada NATO adından göndərilmiş adamlardır. ABŞ və Avropa ölkələrində doğulmuş, çox yaxşı təlim almış bu insanlar PKK/PYD-nin tərkibində, İŞİD-lə döyüşmək bəhanəsi ilə girdiyi ərazilərdə etnik təmizləmə aparırlar. Eynilə PKK-da olduğu kimi, İŞİD-in də mühüm bir qismi Qərbli terrorçulardan təşkil olunub. Təşkilatın fəal olduğu 2014-2016 illərində İŞİD sıralarında döyüşmək üçün Almaniya, Fransa, İngiltərə başda olmaqla, Avropa ölkələrindən gələn terrorçuların sayı 15 mindən artıq olub. Ötən ilə qədər İŞİD içindəki xarici savaşçı-kəşfiyyatçıların sayı o qədər böyük narahatlığa səbəb olmuşdu ki, hətta NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen, İŞİD daxilində döyüşən əcnəbi terrorçuların "Evdən uzaqda tələf olması Avropa üçün ən yaxşı variantdır" deyə, etiraf etmişdi.


 
1993 İLDƏ M-16 İLƏ BAŞLADI
 
 Başda PKK olmaqla, Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatları 30 ildir ki, ABŞ və NATO ölkələri tərəfindən silahlandırılır. İraqda 1993 ildən bəri PKK-ya silah verən ABŞ-ın terrorçulara ilk verdiyi M-16 piyada tüfəngi olub. Sonra snayper tüfəngləri, minaatanlar, toplar gəlməyə başladı. Bu dəstəklərin mahiyyəti, Suriya vətəndaş müharibəsində ABŞ-PKK ittifaqının bütün dünyaya elan edilməsi ilə birlikdə yüksək texnoloji üstünlüyə malik silahlarla dəyişdi. 2014 ildən sonra PKK-nın əlində artıq AT-4 və Javelin kimi antitank raketləri, Cougar və Hummer tipli zirehli maşınlar, EOTECH gecə görmə durbinləri, AN/PEQ-2 qızıl durbin və hədəf göstərici, "Surefire Flashlightlar və müasir kamuflyajlar vardı.
 

 DƏSTƏK HƏMİŞƏ EYNİ YERDƏNDİR
 
Qərb ölkələri PKK-nı bu qədər təchiz edərkən, həmin yardımlardan İŞİD də payını aldı. İŞİD-dən ələ keçirilən silahların 70 faizinin NATO mənşəli olması bu vəziyyətin ən böyük dəlilidir. Suriyada İŞİD Ayn əl-Ərəbi işğal edəndən sonra ABŞ ordusu havadan atılan silahların həm PKK-ya, həm də İŞİD-ə getməsi, ABŞ və bəzi Avropa ölkələrinin iki təşkilatı eyni anda dəstəklədiyi şübhələrinə yol açmışdı. Rakka, Təlafər, Deyrizor kimi şəhərlərdəki İŞİD anbarlarında NATO-ya aid tonlarla silah və sursatın olması həmin şübhələri həqiqətə çevirdi. ABŞ və NATO, hazırladığı yeni Yaxın Şərq xəritəsi çərçivəsində “İŞİD” bəhanəsi ilə Suriyanın şimal xəttini işğal edib.
 
 HƏQİQƏTİNƏ ÇATMAQ ÇƏTİNDİR
 
Mayor Andrea Clair ilə mayor Entoni Eliss, NATO-nun Əfqanıstan əməliyyatlarında iştirak etmiş bu iki şəxsin hazırda qeyri hökümət təşkilatlarında fəaliyyət göstərdiyi deyilir. Bu şəxslərin hər ikisi də “Integrity Global”da hələ də aktiv olaraq fəaliyyət göstərirlər. Yenə İraqda və Argentinada NATO missiyalarında iştirak etmiş polkovnik Allen Kirk isə “Civil Society and Democracy” adlı təşkilatın rəhbərliyində iştirak edir. Bu hərbçilərin adları qeyri hökümət təşkilatlarında qeydiyyatda olsa da, əslində onlar Suriya və İraqda olan terror təşkilatlarının tərkibində fəaliyyət sürdürürlər. Mənbələrin verdikləri məlumata görə, keçmiş əsgərlərin demək olar ki, hamısı  qondarma adlardan istifadə edir. Saxta sənədlərlə dolaşan bu şəxslərin əsl adlarına çatmaq demək olar ki, mümkün deyil.
Müxalifət.az